S.Fettel: “Lyuisi təzyiq altında saxlamalıyıq”

Britaniya Qran Prisinin sıralanma turunda 3-cü olan Sebastyan Fettel bildirib ki, yarışda rəqabətədavamlı ola bilərlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü poul qazanan Həmiltondan 0.7 saniyə geridə qalaraq, 3-cü yeri tutub.

Sebastyan Fettel: “Düşünürəm ki, yarışda əlimizə fürsət düşəcək. Bunları ən yaxşı formada dəyərləndirməliyik. Məqsədimiz Lyuisin üzərində təzyiq yaratmaqdır. Bunu edə bilsək, yarışın gedişini dəyişdirə bilərik. Sürətimiz yaxşıdır, amma burada hava şəraitini də düşünməliyik. Sıralanma turunun son sessiyasında ilk sektorda traffikə düşdüm və buna görə də yaxşı dövrə vura bilmədim. Bütün bunlara baxmayaraq, bolidin tempindən razıyam və sabah üçün yaxşı yerdən start alacam. Ümid edirəm ki, sabah problem yaşamadan yarışı qazanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*