F-1.az xatırladır ki, almaniyalı sürücü Leklerlə 2019-2020-ci illərdə komanda yoldaşı olmuşdu.
Sebastyan Fettel: “2017-ci ildə güclü maşınımız var idi, amma çempionluğa gücümüz çatmadı. Eyni hl 2018-ci ildə də təkrarlandı. O ikiildə tempimizi qoruya bilmədik və geriyə düşdük. Buna görə də uduzduq.
2019-cu il isə qəribə idi. Boliddə istədiyimiz temp yox idi. Belə olan halda problemin nədən qaynaqlandığını düşünürdük. Şarl ilə bu çətin mövsümdə tanış olduq”.