S.Fettel Laudaya məktub yazıb

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda dördqat Dünya Çempionu Sebastyan Fetteldən məktub alıb,

F-1.az xatırladır ki, Niki Laudaya yayda ağciyər köçürülmüşdü. Üçqat Dünya Çempionu hazırda bərpa dövrünü keçirir.

Niki Lauda: “Sebastyan mənə öz əliylə məktub yazıb və xoşbəxtəm. Məktub xoş arzularla dolu idi. Bunu gözləmirdim. Sürücülər belə şey etmirlər. Ancaq sürürlər. Amma o, yaxşı insandır.

Onun bu il səhvləri oldu, amma buna görə mühakimə etmək absurd olar. Özünə gələcək. Bir çempion necə sürməyi unutmaz. Gələn il yenidən Həmiltonun əsas rəqibi olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*