F-1.az bildirir ki, bəzi yarışlarda kuboklar titul sponsorlarının istəyi iıə hazırlanır. Almaniyalı sürücü yarışlarda belə kuboklar görmək istəmir: “2015-ci ildə Macarıstanda qazandığımız üçün xoşbəxt idim, amma standart bir kubok veriləndə məyus oldum. Uşaqlıqda Formula1-ə televizordan baxarkən, kuboklar daha gözəl və əfsanəvi idi.
Mən üzümün tanınması üçün çalışmıram. Məncə, doğru idmanı seçmişəm, çünki həmişə dəbilqə taxıram. Buna görə də belə xırdalıqlar mənimçün çox vacibdir. Köhnə şəkillərə baxanda fərqli ölkələrdə kubok qaldıran sürücüləri görürəm. Məncə, belə hallara nəzarət etmək lazımdır. Titul sponsorlarının kubokları çox bezdiricidir. Onsuz da hər yerdə reklamları var. Niyə kunokları da zəbt edirlər?”