F-1.az xatırladır ki, almaniyalı sürücü Ferrari-nin onu istəmədiyini demişdi. Daha sonra Mattia Binotto dördqat Dünya Çempionunun bu sözlərini təsdiqləyib və bunun əsas səbəbi kimi koronavirusu göstərib.
Sebastyan Fettel: “Bu qərara təəccübləndiyimi demişdim. Son beş ildə hədəflərimizə çata bilmədik, amma burada qalıb hədəfləri reallaşdırmaq istəyərdim. Komanda da mənə demişdi ki, ilk seçimimiz sənsən. Ancaq bir gün zəng vurub dedilər ki, mənə yeni təklifləri olmayacaq. Təəccübləndim. Koronavirusun bu qərarda rolu olduğuna inanmıram. Maliyyə məsələsi mənimçün vacib deyildi. Lakin belə qərar verdilər və bu qərarı qəbul edirəm. Bu mövsüm komanda üçün əlimdən gələni edəcəm”.