S.Fettel: “Komandanı tənqid etməyin heç bir mənası yoxdur…”

Yaponiya Qran Prisinin startından əvvəl Ferrari komandasının mühəndisləri Sebastyan Fettelin maşınında alışma şamında nasazlıq müəyyən ediblər.

F-1.az bildirir ki, almaniyalı sürücü komandanın boksundan start düzlüyünə gələrkən güc qurğusunda problemlərin olmasından şübhələnib – mühəndislər telemetriya ilə mühərrikdə yalnız 5 silindrin çalışmasını görüblər. Start düzlüyündə mexaniklər 6-cı silindrin şamını işə salmağa çalışsalar da, buna nail ola bilməyiblər…

Sebastyan Fettel: “Komandanı tənqid etməyin heç bir mənası yoxdur, çünki bəzən işlər tam tərsinə gedir. Bu da bizim işimizin bir hissəsidir. Amma mən komandanı müdafiə etməliyəm – bu günədək komanda əla işləyirdi.

Təəssüf edirəm, amma son iki yarışda ciddi problemlər yaşadıq. Hərçənd, bəzən belə olur. Əlbəttə, hamı məyus olub, amma indi yaxşı dincəlmək və son dörd yarışda qələbə qazanmaq lazımdır – baxaq görək hadisələr necə cərəyan edəcək.

Bu il titul qazanmaq şansım hələ qalır. Əlbəttə, indi bu, təkcə məndən deyil, həm də rəqiblərimin çıxışlarından asılıdır. Komanda düzgün yoldadır, yarışdan yarışa güclənirik, sadəcə uğursuzluq zolağından çıxmaq lazımdır…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*