S.Fettel komanda yoldaşını müdafiə edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komanda yoldaşı Kimi Rəykkönen daha yaxşı nəticələrə layiqdir.

F-1.az xatırladır ki, Fettel geridə qalan 4 yarışın ikisində qalib gəldiyi halda, Rəykkönen sadəcə Rusiya yarışında podiuma yüksələ bilib və komanda yoldaşından 37 xal geridə qalır.

Sebastyan Fettel: “İlk yarışlarda layiq olduğu nəticələri qazana bilmədi. Bəhreyn yarışının startında çox yer itirdi, yoxsa podiuma yüksələrdi. Sözün açığı nələr olduğunu və işlərin onun üçün yaxşı getmədiyini bilirəm, ancaq o? peletondakı ən yaxşı sürücülərdən biridir. Burada heç kim WRC-yə gedib-qayıtdıqdan sonra onun kimi sürətli ola bilməz. Onun istedadına heç kimin şübhəsi yoxdur. Bəzən işlər sizin lehinizə getməlidir.

Keçən ilə baxsanız, mənim üçün bəzi yarışlar yaxşı getməmişdi, amma mövsüm ərzində enişlər və yoxuşlar bir-birini balanslaşdırır”.

Kimi Rəykkönen də bu barədə danışıb: “Mövsümə çətin başlanğıc etdik, amma Soçidə irəliyə doğru addım atdım. Artıq işlərin düzəlməsindən razıyam və yenə də 3-cü ola bilərəm. İnkişaf etməyə çalışırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*