S.Fettel: “Komanda üçün əla nəticədir!”

Meksika Qran Prisinin sıralanma turunda əla iş görərək, poul qazanan Fettel çox xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk cəhdlərdən sonra Ferstappendən 0.2 saniyə geridə qalsa da, son cəhdində bütün sektor nəticələrini yaxşılaşdıraraq, karyerasında 50-ci poulunu qazanıb.

Sebastyan Fettel: “Doğrudan da mükəmməl dövrə idi və xoşbəxtəm. Trasın sürüşkən olması işləri çətinləşdirdi. Hər şeyi bir araya gətirməyə çalışdım. İlk sektorda tempim yaxşı idi və sonunu gətirə bildiyim üçün sevinirəm. Altıncı döngədə problem yaşadım və hər şey əldən gedə bilərdi, amma hər şey yaxşı qurtardı. Dünən bolid zəif idi, amma çox işləyərək çoxlu dəyişikliklər etdik və işə yaradı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*