S.Fettel: Komanda kimi hərəkət etməliyik

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komanda olaraq daha düzgün qərarlar verməlidirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü sprint yarışına 13-cü yerdən başlasa da, yekunda 9-cu olub. Lakin o yarışda Strolla mübarizə apararkən kanadalı sürücünün sərt müdafiəsi ilə qarşılaşıb və bir neçə saniyə vaxt itirib. Əks halda 8-cilik mümkün idi.

Sebastyan Fettel: “Təmas yaşamasaq da, buna yaxın idik. Çoz az qalmışdı. Daxilə girdim və yaxın idik. Tras xarixinə çıxdım və orada bolidi yığışdırmaq çətin idi. Bəxtim gətirdi ki, geriyə qayıda bildim. Daha sonra performansımdan istifadə edə bildim.

Belə hallarda hamı yerini qorumağa çalışır. Müdafiə etmək önəmli olsa da, hər şeyi 100 ölçüb 1 biçmək lazımdır. Toxsa qazandığından çox itirərsən. Biz indiki halda komanda kimi işləməliyik. Orada vaxt itirməsək. yarışı daha yaxşı bitirə bilərdik.

Yarışda xal üçün real şansımız olsa da, arxadan Alpine-lər gələcək. Onlar sürtəli olsalar da, biz də yarışda təkərləri yaxşı istifadə etdik. Ümid edirəm ki, yarışı yaxşı yerdə bitirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*