S.Fettel: “Kiçik səhv böyük məyusluq gətirdi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, kiçik səhvə görə çox böyük məyusluq yaşayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü ən yaxın izləyicisi Bottasın 7 saniyə önündəykən nəm trasda səhv edərək baryerlərə çırpılıb və öz publikası önündə yarışı dayandırıb.

Sebastyan Fettel: “Birdən baryerlərə çırpıldım. O an əlimdən heç nə gəlmirdi. Çox böyük səhv deyildi, amma çempionata böyük təsiri oldu. Bu səhvə görə gecə yuxularım qaçmayacaq. Bu, məyusluqdur. Çünki hər şey qaydasında gedirdi. Yağışa ehtiyacım yox idi. Yaxşı maşınımız var və özümüzə güvənməliyik. Mənim səhvimdir. Buna görə də komandadakılardan üzr istəyirəm. Qələbə ovucumun içində idi. Kiçik səhv böyük məyusluq yaratdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*