S.Fettel: “Keçənilki yarış dərs oldu”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, keçənilki yarış onunçün böyük dərs olub.

F-1.az xatırladır ki, Bakıda keçən il keçirilmiş yarışda Lyuis Həmilton təhlükəsizlik maşınının arxasında ayağını qazdan götürmüş və bunun nəticəsində Sebastyan Fettel arxadan ona çırpılmışdı. Almaniyalı sürücü buna görə qəzəblənmiş və maşını onun üzərinə sürmüşdü

Sebastyan Fettel: “Yarışdan sonra ən pis hissləri yaşadım. Bu hisslərlə mübarizə apardım. Çempionluq bəlkə də, Bakıda əldən getdi. Amma həyat belədir. Özünüzü batıranda ağrısı daha çox olur.

Çində Maks Ferstappen mənə çırpılanda sakit idim. Çünki əsas bolidi yenidən ram edib maksimum xal almaq barədə fikirləşirdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*