F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıdakı yarışda 6-cı yeri tutub.
Sebastyan Fettel: “Son iki yarışda yeniliklər gətirməsək də, işlər getdikcə qaydasına düşür. Bolidi daha yaxşı anlayırıq və daha tez sazlanma tapırıq. Barselonaya tamamailə yeni maşın gətirdik və o maşınla təcrübəmiz yox idi. İndi isə maşın haqqında yeni şeylər öyrənirik. Peletonun prtasında rəqabət çox sıx olsa da, fərqlər azdır. Buna görə də bir az inkişaf etsək, daha yaxşı nəticələr qazanarıq. Bundan başqa sürücünün texnikasına qarşı tələbkar olan trasları sevirəm.
Montreala gəldikdə isə realist danışmalıyıq. Xal almaq bizim üçün uğur ola bilər. Bakıda iki Ferrari-nin mübarizəni dayandırması ilə iki yer qazandıq. Bunu unutmaq olmaz. Üst sıralarda olmaq çətindir, çünki o yerləri güclü iki komandanın sürücüləri tutur. Biz onluqdakı son 4 yer üçün mübarizə aparırıq”.