F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il burada pouldan start alaraq qalib gəlib.
Sebastyan Fettel: “Burada ötmələr mümkündür. Keçən il pouldan başlayaraq Jil Vilnövün qələbəsinin 40-cı ildönümündə qalib gəldim. Bu il də yaxşı nəticə üçün əlimdən gələni edəcəm. Bu yarışı əksər sürücülər səbirsizliklə gözləyirlər”.