F-1.az xatırladır ki, almaniyalı sürücü Monrealda rahatlıqla karyerasının 50-ci qələbəsini qazanmaqla, Sürücülər Çempionatında liderliyini bərpa etmişdi.
Sebastyan Fettel: “Həyat və yarışlar belədir. Yarışları və ya bu yarışı tənqid etmək doğru deyil. Mən darıxdırıcı olub-olmadığını bilmirəm. Mən sükan arxasında məşğul idim və və nələrin baş verdiyini bilmirəm. Bu il yeddi yarış olub. Bəziləri gözəl olsa da, bəziləri darıxdırıcı idi. Lakin 2 günə futbol üzrə Dünya Çempionatı başlayır və oradakı oyunların hamısı maraqlı olmayacaq. Ancaq insanlar yenə izləyəcəklər”.