F-1.az xatırladır ki, almaniyalı sürücü daha əvvəl burada iki dəfə qalib gəlib. Dördqat Dünya Çempionu son yarışlarda performansını artırıb və Bakıda 6-cı yeri tutub. Bu nəticə “yaşıllar” üçün builki ən yaxşı nəticədir.
Sebastyan Fettel: “Bir neçə ildir yarışmadığımız trasa qayıtmaq həmişə gözəldir. Bu hal temp tutmağımızı çətinləşdirəcək. Görək nə olur. Jil Vilnöv trası yarışmaq üçün gözəl trasdır. Komanda son yarışlarda çox şey öyrəndi və bolidimiz daha yaxşı işləyir. Buna görə Montrealda görək necə olacaq”.