S.Fettel: İtiriləcək heç nəyimiz yox idi

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, İspaniya yarışında itiriləcək heç nəyi olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 11-ci başladığı yarışı bir pit-stoplu strategiya ilə 7-ci yerdə bitirib. Yarışa Medium təkərlərlə başlayan Sebastyan, 29-cu dövrədə pitə gələrək Soft təkərləri götürüb və finişəcən onlarla davam edib.

Sebastyan Fettel: “Bəsit qərar idi, çünki itiriləcək heç nəyimiz yox idi. 11-ci yerdə idik və fərqli strategiya ilə rəqiblərimizə çatmağa çalışırdıq. Onlar ikinci dəfə pitə gəldilər və mən təkərlərə nəzarət edirdim. Sonra komanda dedi ki, limitlərdə sür və elə də etdim. Daha sonra isə pitə gəlməyəcəyim deyildi və soruşdular ki, bu təkərlərlə sona qədər gedə biləcəyik? Mən isə dedim ki, bunu üç dövrə əvvəl soruşsan, təkərlərimə daha yaxşı nəzarət edərdim. Ancaq sona qədərə getməyə çalışdım. Çox çətin idi. İtiriləcək heç nəyimiz yox idi. Risk etdik və qarşılığını aldıq. Amma Soft təkərlə bu qədər getməyi planlaşdırmamışdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*