F-1.az xatırladır ki, italyan komandası sonuncu dəfə 2010-cu ildə doğma publikası önündə qələbə qazanıb.
Sebastyan Fettel: “Belçikada hər şeyi doğru etdik. Beşillik Mercedes hegemonluğundan sonra insanların bizim mühərriyi tərifləməsi gözəldir. Bu dəyişiklik yaxşı oldu. Maranelloda və mühərrik şöbəmizdə olan mühəndislərimiz çox xoşbəxtdirlər. Bolid bütün traslarda əla işləyir. Əgər mənim kimi doğru rəngi seçsəniz, Montsa ən gözəl tras olur. Bir sürücü üçün bundan yaxşı hal ola bilməz”.