S.Fettel: “İstədiyimiz nəticə deyil”

Bu gün Soçidə Ferrari komandasının sürücüsü Sebastyan Fettel podiumun son pilləsinə qalxsa da, faktiki olaraq titul ümidlərini basdırmalı olub.

F-1.az bildirir ki, Rusiya yarışından sonra Fettel çempionatda əsas rəqibi Lyuis Həmiltona 50 xal uduzur və bu fərqi mövsümün sonuna qalmış 5 yarış ərzində bağlamaq qeyri-mümkündür…

Sebastyan Fettel: “Mercedes sürücüləri startda bir-birilərinə yaxşı kömək etdilər, mən isə slip-strimdən yararlana bilmədim.

Pit-stopdan sonra sürətli dövrə sayəsində Lyuisi qabaqladım, amma Valtteri 3-cü sektorda yavaşladı, mən vaxt itirdim və Lyuis hücum məsafəsinə yaxınlaşdı. İkinci döngədən əvvəl slip-strim etmək istədi, həmin həmləsini dəf etdim, amma sonrakı uzun döngədə onu görmədim, hər iki tərəfdən ona kifayət qədər yer qoymağa çalışdım, Lyuis də məni keçdi. Bundan sonra yarışı eyni tempdə davam etdirsək ki, ümumən bizə sürət çatmırdı ki, Mercedes-lə bərabər mübarizə aparaq. Ona görə də məyusam, bu, bizim istədiyimiz nəticə deyildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*