S.Fettel: “İntihar etmək istəyən qağayılar yarışımı məhv etdi”

Sebastyan Fettel Kanada QP-də iki qağayı ilə yaşadığı qəribə təcrübəni ən pis xatirə kimi qiymətləndirib..

F-1.az xatırladır ki, Sebastyan Fettel birinci döngədə quşları əzməmək üçün təkərlərini kilitləyərək, tras xaricinə çıxdı. Podiumda həmin hadisəni Lyuis Həmiltona danışan almaniyalı sürücü, daha sonra Mercedes sürücüsünün verdiyi müsahibə zamanı sözə qarışdı. Fettel hadisəni belə şərh edib: “Virtual təhlükəsizlik avtomobilindən bir dövrə əvvəl birinci döngəyə gəldim və bir cüt axmaq qağayı gördüm. Orada dayanıb baxırdılar. Çox sakit idilər. Mən sürətlə gəlirəm və bolidim qırmızıdır. Yəni, görmək asandır. Sənin (Həmiltonun) bolidin kimi asfalt rəngində deyil.

Göyərçin deyildi. Qağayı idi. Dimdikləri görürdüm. Adlarını bilmirəm, amma orda idilər. Yarışın ən pis anı idi”.

Hadisənin təkrarını görmək istəyən Həmiltonun əvvəldən planlaşdırdığı strategiyanı öyrəndi. Hiyləgərcəsinə verilən suala Həmilton belə cavab verdi: “İki pit-stop edəcəkdik. A Planı elə idi”.

Sebastyan Fettel aparıcılara: “Bəli, onun yerində olsanız, hər şeyi tərsinə edərdiniz”.

Lyuis Həmilton: “B planı dedilər və mən də B planı nədir? Xatırlamıram dedim”.

Sky Sport kanalı Fettelə görmək istədiyi hadisənin şəkillərini göstərib.

Sebastyan Fettel: “Baxın. İki qağayı. Diqqətimi o qədər yarışa vermişdim ki, təkərləri kilitlədim. Heyvanları sevirəm. Yenidən göstərin. Orada dayandıqlarını görürsünüzmü? Məni bu əsəbləşdirdi. 100 km/saatdan artıq sürətlə üstlərinə gedirəm və orada dayanıb baxırlar. Əgər o iki qağayını tutsanız, indiyə qədər qağayılar barədə bilinən hər şeyi alt-üst edə bilərsiniz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*