Sebastyan Fettel: “2012-ci ildəki dramatik çempionluq da daxil olmaqla, bura ilə bağlı inanılmaz xatirələrim var. Belə heyrətamiz trasda son dəfə çıxış etmək hissi əladır. Komandamız Meksikada qənaətbəxş çıxış etməsə də, son vaxtlar əla formadadır. Biz Mühəndislər Kubokunda Alfa Romeo ilə qətiyyətlə mübarizə aparırıq və qalan iki yarışda maşından maksimum yararlanmaq üçün əlimizdən gələni edəcəyik. Bu çətin işdir, lakin biz buna hazırıq”.
S.Fettel: İnterlaqosda son dəfə çıxış etmək həyəcanvericidir
Mühəndislər Kubokunda Aston Martin ilə Alfa Romeo arasında cəmi 4 xal var. F-1.az bildirir ki, Komandanın təcrübəli sürücüsü həm burada son yarışı olmasına, həm də çempionatdakı vəziyyətə toxunub.