F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndəki yarışa pouldan başlasa da, səhv strategiya seçdiyi üçün son dövrələrdə Bottasın hücumlarına məruz qalmışdı. Ancaq bütüb çətinliklərə baxmayaraq, 4 qat Dünya Çempionu karyerasının 200-cü yarışında qalib gələ bilmişdi.
Sebastyan Fettel: “Tras bizim üçün daha əlverişli idi, ancaq artıq boliddə özümü daha rahat hiss edirəm. Sazlanmalar üzərində işlədik və bunun hesabına boliddən maksimumu çıxardıq. Vahid dövrədə daha stabil idim. Lakin yarışda da hər şey yaxşı idi. Artıq hər şeyə nəzarət edə bilirdim. Mercedes-in nə problem yaşadığını bilmirəm. Yarışın sonlarında güclü görünürdülər. Sıralanma turunda da fərq böyük deyil, ancaq öndə olmaq yaxşıdır. İnkişaf etməliyik. Öndəki üç komanda və 6 sürücü bir-birlərinə çox yaxın idilər. İnkişaf etmək çox vacibdir”.