F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 11-ci yerdən başlasa da, yaxşı start alıb və yarış ərzində Həmilton və Ferstappenlə layiqli mübarizə aparıb.
Sebastyan Fettel: “Çox uzun və əyləncəli yarış idi. Yaxşı start aldım və dördüncü yerə yüksəldim. Yağış təkərlərindən razı idim, amma keçid təkərlərini götürməli olduq. Əvvəl bir az problem yaşadım, amma sonlarda yenidən temp tutdum. Son dövrə isə gərgin keçdi. Podiuma yüksəlmək bizim üçün gözlənilməz idi. Bunu bacarmaq gözəl oldu. Məncə, əyləncəli yarış idi.
Şarlla Serxionun mübarizəsinə baxırdım. Peresin təkərləri yeyilmişdi. Buna görə də onları izlədim və Şarlın təkərləri kilitləməsi ilə mənə fürsət yarandı.
Bir ara quru hava təkərinə keçmək istədik. Sona 20 dövrə qalmış bunu düşündük, çünki tras davamlı təkmilləşirdi. Amma heç kim buna cəsarət etmədi və yarışın sonunda yağış gözlənilirdi. Lakin yağmadı… Quru təkərlərə keçsəm, bəlkə də qalib gələrdim”.