F-1.az xatırladır ki, “qırmızı öküzlər” 5 ildən sonra ilk dəfə birinci cərgəni tam tutublar. Fettel isə Meksika yarışına 4-cü yerdən başlayacaq.
Sebastyan Fettel: “Sürətli dövrəm ideal deyildi. Ən azı 0.2 saniyə sürətlənməli idim. Lakin bacarmadım. Çox yaxın olsam da, hər şeyi bir araya gətirə bilmədim. Boliddən maksimumu aldığımız üçün xoşbəxtəm.
Düzlük sürətimiz yaxşıdır və bunun hesabına ilk döngəyə qədər çox şey edə bilərik. Hazırda ən etibarlı paketlə yarışırıq. Red Bull-lar sürətlidirlər və onları məğlub etmək çətin olacaq. Bəlkə, özlərini məğlub edərlər. Qalibi strategiya və təkərlər təyin edəcək”.