F-1.az xatırladır ki, Hunqarorinqdə cümə sərbəst yürüşlərində ilk 3 komanda arasında cəmi 0.5 saniyə fərq olub.
Sebastyan Fettel: “Çox yaxın görünürük. Gözləntiləri müəyyən etmək həmişə çətindir, çünki cümə günləri həmişə fərqli ssenarilər izləyirik. Amma öndəki komandalar bir-birilərinə yaxın görünürlər. Buna görə də gün əyləncəli keçməlidir.
Səhər ritm tutdurmaqda çətinlik çəksək də, nahardan sonra hər şey yaxşı idi. Boliddə bəzi dəyişikliklər etdik. Buna görə də nə etməli olduğumuzu bilirik”.