F-1.az xatırladır ki, almaniyalı sürücü son 3 ildə daha çox səhvləri ilə yadda qalıb. Buna görə də bəzi F1 avtoritetləri düşünür ki, Fettel bu il Ferrari-də son mövsümünü keçirir. Buna görə də təqaüdə çıxması gözlənilir.
Sebastyan Fettel: “Düzünü desəm, Formula1-dən getmək üçün heç bir səbəb yoxdur. Qış tətilində Formula1-də qalmaq üçün qərar verdim. Gələn il burada olacam və narahat deyiləm. Düzdür, 40 yaşında Formula1-də yarışmayacağam. Ancaq əsas məsələ xoşbəxt olmağımdır. Görək nə olur. Mən zövq aldığım işlə məşğul olmaq istəyirəm. Hazırda belədir. Ancaq 8 ildən sonra burada olmayacağam”.