F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın bitməsinə iki dövrə qalmış Leklerə hücum edib və iki gənc sürücü bir-birləri ilə təmas yaşayıblar. Nəticədə monakolu sürücü tras xaricinə çıxmalı olub. Yarışdan sonra stüardlar tərəfindən araşdırılan Ferstappenə cəza verilməyib.
Sebastyan Fettel: “Hadisələri görmədim. Amma bu qərarı kresloda oturan adamlar verməməlidir. Biz maşının içindəyik və bunu biz mühakimə etməliyik. Biz ibtidai siniflərarası turnir keçirmirik. Bizi sərbəst buraxmalıdırlar”.