S.Fettel həzz alıb

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel cümə sərbəst yürüşlərindən həzz alıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Yaponiyadakı ilk gündə onluğa düşə bilməyib.

Sebastyan Fettel: “Bu mövsüm təqvimdə Almaniya olmasa da, burada Almaniya bayraqlarının bolluğu məni vətənimdə hiss etdirdi. Belə dəstək görmək əladır. Trasda ilişmə az olsa da, sürməkdən həzz aldım. Bura yağışda belə gözəldir və mən çox əyləndim.

Yaxşı dövrə vurmaq üçün trasa düzgün vaxtda çıxmalı idik, amma bu gün bu barədə düşünmədik. Sabah sıralanma turu quru havada keçəcək və əlimizdə çox məlumat yoxdur. Yenə də bəzi şeyləri test etdik və bu bizə kömək edə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*