F-1.az xatırladır ki, Fettel mövsümə mükəmməl start verib və ilk 3 yarışda 2 qələbə qazanaraq çempionatda liderliyə yüksəlib.
Sebastyan Fettel: “Atılan hər bir dövrə çempionluq uğrunda mübarizədə çox vacib olacaq. Bolidlər hələ çox yenidirlər və hər dövrə yeni şeylər öyrənirik. Bu mövsüm təkərlər çox vacib rol oynayacaqlar. Buna görə də təkərlərlə bağlı məlumatları artırdıq və artıq daha yaxşı vəziyyətdəyik. Bəhreyndə sürmək həzz verir. Şərait çox gözəl idi. Arada külək qalxsa da, həzz aldım. Onsuz da yarışlarda da külək demək olar ki, eyni olur”.