F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il mövsümün ilk yarısından yay fasiləsinədək lider olsa da, fasilədən sonra etdiyi səhvlərə və etibarlılıq problemlərinə görə çempionluğu əldən vermişdi.
Sebastyan Fettel: “Ferrari-də çempion olub Formula1-dəki ən gözəl hissi tarixin ən böyük komandası ilə yaşamaq istəyirəm. Ən böyük arzum budur. Amma Lyuisi məğlub edərək bu məqsədimə çatmaq istəyirəm. O hazırda ən böyük rəqibimdir və onun kimi sürücünü keçərək çempion olmaq gözəl olar. Formula1-də çempion olduqdan sonra tək məqsədimiz həmişə qalib gəlməkdir. Onsuz da Ferrari ilə yarışanda qələbədən başqa nəticə uğursuzluq sayılır”.