S.Fettel Həmiltonla zarafat edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, əsas rəqibi Lyuis Həiltonla zarafat edib.

F-1.az xatırladır ki, Həmilton Avstraliyada sıralanma turundan sonra Fettelə “üzündəki təbəssümü silməyə çalışırdım” demişdi.

Sebastyan Fettel: “Lyuis mətbuat konfransından sonra mənə zarafat etdiyini dedi və ona inanıram. İkimiz də belə şeyləri böyüdən deyilik və zarafatı başa düşəcək qədər böyük adamlarıq. Belə hallar çox gözəldir. Xaraktercə fərqli insanlar olsaq da, hər ikimizin əsas məqsədi qələbədir. Bunun üçün hamı əlindən gələni edir.

Keçən il Azərbaycan Qran Prisindən başqa heç bir problemimiz olmamışdı. Bir-birimizə hörmət edirik. Yarışlar qazanmaq gözəldir, ancaq eyni zamanda əylənməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*