F-1.az xatırladır ki, hər iki sürücü keçən il çempionluq uğrunda mübarizə aparsa da, britaniyalı sürücü sonda sevinən tərəf olmuşdu.
Sebastyan Fettel: “Lyuis 4 dəfə Dünya Çempionu olub və F1 üçün vacib pilotlardandır. O, mənim üçün sadəcə bir rəqibidir. Normal həyatda isə münasibətimiz yoxdur. Trasa çıxanda kimlə yarışdığımın fərqi yoxdur. Ən güclü performansımı göstərməyə çalışıram. Amma Alonso və Həmiltona qarşı yarışıb qalib gəlmək qürurvericidir. Nəticədə onların səviyyəsi məlumdur və onları məğlub etmək əla hissdir. Bakıda səhv etdim, lakin səhv etməsəniz, inkişaf da olmaz. Bundan dərs çıxardım və bir də etməyəcəm. Olan oldu. Həyatıma davam edirəm”.