F-1.az xatırladır ki, britaniyalı sürücü xüsusən də mövsümün ikinci yarısında mükəmməl performans göstərərək, karyerasının 4-cü Dünya Çempionu titulunu qazanıb.
Sebastyan Fettel: “Formula1-də çox az sürücü 4 dəfə və ya daha çox Dünya Çempionu olub və buna görə də qürur duymalıyıq. Bu mövsüm Həmilton daha yaxşı iş gördü və layiq idi. Onu təbrik edirəm. Gələcəkdə nə olacağını bilmirik. Gələn il yenə çempion olmağa çalışacağıq. Hər şeyə sıfırdan başlayacağıq və komanda olaraq mübarizəyə hazırıq. Lyuisdən qorxmuram. Əksinə, onunla yarışmaqdan həzz alıram. Peletonda çox sayda keyfiyyətli sürücü olduğunu bilmək gözəldir. Beləliklə, daha çox inkişaf edirik”.