F-1.az xatırladır ki, ümumilikdə 9 dəfə çempion olmuş iki sürücü 2017 və 2018-ci illərdə çempionluq uğrunda mübarizə aparsalar da, sonda Həmilton qalib gəlmişdi.
Sebastyan Fettel: “Ona hörmət edirəm. Bunu birdən başa düşdüm. Digər sürücülərə də hörmət edirəm. Ancaq Həmilton da mənə hörmət edir. Performansını alqışlayıram. Qələbəyə layiq deyiləmsə, rəqibə hörmət etməliyəm. Çox şikayət edirik, ancaq tərifə az vaxt ayırırıq. Hər şey tez unudulur, çünki o dəqiqə yeni hekayələr yazmaq barədə düşünürük”.