F-1.az xatırladır ki, Fettel ilk pit-stopdan sonra trasda uzun müddət qalmış və daha sonra SuperSoft təkərləri götürmüşdü. 29 yaşlı sürücü bu taktika ilə hər iki Red Bull sürücüsünü keçərək, Rosberqə hücumlar etməyə başlamışdı.
Sebastyan Fettel: “Sona doğru yarışı qazana biləcəyimi düşündüm. Yeganə problem Mercedes sürücülərinin düzlüklərdəki sürətləri idi. Lyuis düzlüklərdə Nikoya kömək edirdi və bu da mənim yaxınlaşmağıma əngəl olurdu. Həmiltonun Rosberqi yavaşlatdığı açıq-aşkar görünürdü. Bunu başa düşürəm. Hamı çempion olmaq üçün öz taktikasını seçir. Mən sadəcə öz yarışıma fokuslanmışdım. Amma rəqiblərimə təmas edərək, çempionatın taleyini dəyişdirmək istəmirdim. Buna görə də diqqətli oldum. Əlimdən gələni etdim. Daha sürətli getmək mümkün deyildi. DRS zonasında da Mercedes sürücülərinə yaxınlaşmaq çətin idi. Yenə də nəticədən razıyam”.