F-1.az xatırladır ki, Lyuis Həmilton sıralanma turunda ən yaxın rəqibinə 0.65 saniyə fərq ataraq poul qazanmışdı.
Sebastyan Fettel: “Xüsusi bir şey etmədilər. Rejim keçənilki kimi çox fərq yaratmır. Məncə, sıralanma turunun son sessiyasında rejimi açdılar, amma 0.7 saniyənin səbəbi o deyildi. Onlar 1-ci sessiyada da sürətli idilər. İkinci sessiyada ikinci dövrəsi də güclü idi. Bilmirəm. Amma üçüncü sessiyadakı son cəhdində ən stabil dövrəsini vurdu. İnanmıram ki, fərqin səbəbi mühərrik olsun. Məncə, öz performansı idi”.