F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik avtomobili rejimində birdən yavaşlayıb və Fettel arxadan britaniyalıya çırpılıb. Nəticədə 4 qat Dünya Çempionunun bolidinin ön qanadı zədələnib, bundan sonra 29 yaşlı sürücü Həmiltonun yanına gələrək, maşınını ona çırpıb. Bundan sonra insidenti araşdıran stüardlar Fettelə 10 saniyə dayan və get cəzası veriblər.
Sebastyan Fettel: “Hər şey açıq idi. Ona arxadan bilərək vurmadım. Qanadıma zərər verdim. Onun bolidi az da olsa, zədələndi. Yarışımıza təsir edəcək şeylər deyildi. Bunu bir neçə dəfə etdi. Restartdan sonra da çox sürətli idi və fərqi artırdı. Problem ondadır ki, hamı sürətlənməyə hazırlaşırdı. Həmiltonun üzündən zəncirvari qəza baş verə bilərdi. Bir neçə il əvvəl Çində eynisi olmuşdu. Restartlar belə olmamalıdır. Hər şey ortadadır. Mən cəza aldımsa, o da almalı idi.
Hamımız yetişkən insanlarıq. Bolidin içində emosiyalar son həddə çatır. Təkər-təkərə mübarizə istəsək də, bu, restartdan əvvəl olmamalıdır. Lakin bir-birimizə hələ də hörmət edirik. Yarışdakı insident doğru deyildi. İngiltərə Premyer Liqasında da hər bazar günü hakimlər fitini çalaraq, qərarlar verirlər. Bəzi oyunçular bu qərarlarla razı olsalar da, bəziləri etiraz edirlər. İdman belə şeydir. 10 saniyə dayan və get isə çox ağır cəza idi. Orada gözləyərkən əlinizdən heç nə gəlmir”.