F-1.az xatırladır ki, britaniyalı sürücü son 4 yarışda qalib gəlib. Ümumilikdə isə bu il 6 yarış qazanan Həmilton ən yaxın rəqibi Bottası 36 xal qabaqlayır.
Sebastyan Fettel: “Özümüzü aldatmayaq. Həmilton bizimlə məzələnir. Fransada sürətli dövrə vurmaq üçün əlimdən gələni etdim. Amma Həmilton dənlənmiş və yeyilmiş təkərlərlə mənimlə eyni nəticəni göstərdi. Asfaltayatma qüvvəsini artırmalıyıq. Ondan sonra təkərləri daha yaxşı işlədə bilərik.
Red Bull Rinq qısa olsa da, orada qüsursuz dövrə vurmaq çətindir. Yaxşı yarış üçün sıralanma turu çox vacibdir. Qalib gəlmək istəyirəm. Keçmişdə burada podiumlar qazanmışıq. İndi qələbə qazanmaq istəyirik”.