F-1.az xatırladır ki, almaniyalı sürücü ikinci sərbəst yürüşlərdə birinci yerdəki Həmiltondan cəmi 0.2 saniyə geridə qalaraq üçüncü yeri tutub.
Sebastyan Fettel: “Bizim üçün daha yaxşı cümə oldu. Səhər keçirilən sessiyada isti havaya görə problem yaşadıq. Amma nahardan sonra tras sərinləşdi və çox yaxşı idi. Yarış tempimiz yaxşıdır. Əvvəlcə ön təkərlərə görə problem yaşadım. Çox aqressiv ola bilərəm, amma ümumi olaraq bolid güclü idi. Ümid edirəm ki, sabahkı sıralanma turunda da eyni hissləri yaşayarıq və bolidi layiq olduğu yerə çıxararıq”.
Fettel sessiyanın sonuna doğru yaşadığı ötürmələr qutusu problemindən də danışıb: “İdeal deyildi. Sürüşümü tamamladıqdan sonra bir neçə dövrə vurmaq istərdim. Digər bolidləri izləmək qəribə idi. Bu şansa sahib olmasaydım daha sevincli olardım, amma bu gün qəribə idi. Ümumi olaraq ev tapşırığını həll etdik”.