S.Fettel: “Heç nəyi proqnozlaşdırmaq mümkün deyil”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Monakodakı dubla baxmayaraq, təmkinli davranmağa davam edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü hazırda ən yaxın izləyicisi Həmiltonu 25 xal qabaqlayaraq, turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Ferrari komandası isə Kanadada artıq 13 ildir qalib gələ bilmir. “Qırmızılar” əfsanəvi Jil Vilnövün adını daşıdığı trasda son qələbəni 2004-cü ildə Şumaxerlə əldə ediblər. Keçən yarış Monakoda Fettellə qalib gələrək, 16 illik həsrətə son qoyan italyanlar, bu həftəsonu Monrealda da 13 illik həsrətə son vermək istəyirlər.

Qeyd edək ki, qırmızılar bu mövsüm Avstraliyada 10 ildən sonra, Bəhreyndə isə 7 ildən sonra qələbə sevinci dadıblar.

Sebastyan Fettel: “Sahib olduğumuz güc komandanın gördüyü işlərə görədir. Hamı ən yaxşısını etməyə çalışır. İnsanlar sadəcə tras üzərində görülən işlərdən xəbərdardırlar, lakin Maranellodakı işlərdən xəbərsizdirlər. İndiyə qədər əla nəticələr aldıq. Son yarış yaxşı keçsə də, növvəti yarışlarda heç nəyi proqnozlaşdırmaq olmaz. Buna görə də hər şeyi xırdalığına qədər təhlil etməliyik. Buranı sevirəm və yarışmaq üçün səbirsizlənirəm. Bolid indiyə qədər çox yaxşı idi və burada da güclü olmalıdır. Amma dediyim kimi, heç nəyə təminat verilməyib.

Ferrari bolidinə sazlanma etmək asandır söhbətləri ilə razı deyiləm. Məsələn, Barselonada cümə günü düzgün sazlanma etmədik. Lakin şənbə günü işlər dəyişdi. Digər bolidləri bilmirəm, ancaq onları sürmək deyilənə görə çətindir. Sürətlə getmək heç vaxt asan olmayıb. Boliddən düşəndə daha yaxşısını edə bilərdim deyirsiniz. Hamımız yarışçıyıq və bəhanələr tapa bilərik. Mükəmməl sazlanma tapmaq asan deyil. Bizim çox seçimimiz var. İki detalımız olsa, sazlanma tapmaq asan olardı, amma çox şey sınayırıq. Biz səssiz-səmirsiz öz işimizi görməyə davam edirik.

Bəlkə sizə gülməli gələcək, amma müqavilə barədə danışmağın yeri və vaxtı deyil. Hazırda mövsümə fokuslanmışıq və itiriləcək heç nəyimiz yoxdur. Bütün Maranello bu tempi davam etdirmək istəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*