F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin üçüncü günündə səhər 80, nahardan sonra isə 54 dövrə vurub. Lakin zaman nəticəsinə görə lider Daniil Kvyatdan 0.6 saniyə geridə qalıb.
Sebastyan Fettel: “Yenidən boliddə olmaq və bir az da təcrübə toplamaq vacib idi. Gərgin gün oldu və proqramı tamamlaya bildik. Bazar ertəsinə nisbətən boliddə yeni detallar var idi. Bir neçə şeyi yoxlayarkən sazlanmalara da fokuslandıq. Ümumilikdə 303 dövrə vurdum. Qətiliklə deyə bilərəm ki, bolid inkişaf edib”.