F-1.az xatırladır ki, bəzi sürücülərin meneceri olduğu halda, bəziləri bütün işlərini özləri görürlər. Fettel də belə sürücülərdəndir və komandalarla şəxsən özü danışıqlar aparır.
Sebastyan Fettel: “Niyə menecerim yoxdur? Gözəl sualdır. Bəlkə də, bəzi hallarda mənə kömək ola bilərdi, amma həmişə menecersiz işləmişəm və buna öyrəşmişəm.
Bir şey tərs getsə, məndən başqa heç kəs ona can yandırmayacaq. Reallıq budur”.