S.Fettel: Hamı məni vurur

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, iki gündə iki təmas yaşadığı üçün çox məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü sprint yarışında Elbonla, əsas yarışda isə Qasli ilə təmas yaşayıb. Buna görə də o, Şpilberqdən xalsız ayrılıb.

Sebastyan Fettel: “Ardıcıl iki gün çınqıllı sahəyə çıxarıldığım üçün məyusam. Yarışda eyni şeyi mənə Qasli etdi. Elə bil məni hədəf seçiblər. Xarici trayektoriyadan yaxşı ötmə etdim və ona yer qoydum, amma o mənə toxundu. Mən də çınqıllı sahəyə getdim. Bolid zədələndi və yarışım demək olar ki, bitdi.

Yarış onsuz da çətin keçirdi, çünki startda bolidi zədələyən bir detala çırpılmışdım. Yarışın əvvəlində Hard təkərlərlə zəif idim, ancaq Medium təkərlərdə işlər daha yaxşı idi. Pyerlə təmasa qədər mübarizə apara bilirdik. Təmasdan sonra yarış bitdi. İndi Fransaya hazırlanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*