S.Fettel: “Haloya öyrəşməliyik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, halo ilə yarışmaq onu qəti həyəcanlandırmır.

F-1.az xatırladır ki, bütün sürücülər Əbu Dabidə təkər testlərində son dəfə halosuz bolid sürüblər.

Sebastyan Fettel: “Halonu həyəcanla gözləmirəm. Heyif ki, bu da idmanın bir hissəsidir və uyğunlaşmalıyıq. Mövsüm ərzində halonu bir neçə dəfə test etdim və bundan əlverişli istifadə üçün müəyyən dəyişikliklər edilməlidir. Ən azından start işıqlarının yerləri dəyişdirilməlidir. İndidən bir söz demək doğru olmaz. Amma gələn il bir az çətinlik çəkəcəyik. Buna əminəm. Yenə də ümid edirəm ki, bir neçə yarışdan sonra halonu görməməzlikdən gəlib yarışmağa davam edərik. İndiyə kimi çox dəyişikliklər olub və insanlar buna öyrəşməkdə çətinlik çəkiblər. Görək nə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*