F-1.az xatırladır ki, bu il bütün komandalar sürücülərin başını qoruyan Halodan istifadə edirlər.
Sebastyan Fettel: “Avstraliyadakı tək faydası günəşin şüalarının qarşısını kəsməsi idi. Bəlkə də, insanlar görüntüsünü sevmir. Amma olması yaxşıdır. Yarış ərzində heç bir problem olmadı. Günəşdən gözümüzü qorudu. Amma şərəf döngəsində əsəblərimi pozdu. Çünki tribunadakı fanları görə bilmirdim”.