F-1.az xatırladır ki, Mik Şumaxer Formula3 və Formula2-də çempion olduqdan sonra 2021-ci ildə Haas ilə Formula1-də debüt etmişdi. Lakin keçən iki mövsümdən sonra Haas komandasının rəhbərliyi gənc almandan narazı qalaraq, onu göndərmə qərarı alıblar və yerinə daha təcrübəli Hülkenberiq gətiriblər.
Sebastyan Fettel: “Bu Mik üçün məyusedici haldır. Ona görə çox üzülürəm. Məncə, Haas komandasının rəhbərliyi… Heç nə demək istəmirəm, amma bəzən onları anlamaq çətin olur. Mik Formula1-də yarışmağa layiqdir. Bu mövsüm onun üçün çətin keçdi. Səhvləri olsa da, komanda da mələk deyil. Kənardan elə görünür.
Mik bu hadisəlrədən çox şey öyrənə bilər və ümid edirəm ki, tezliklə qayıdacaq. Tezliklə yeni işə gələcək və oraya köklənəcək. Onun potensialı var”.