S.Fettel: “Güzgülər üstünlük qazandırmır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, güzgülərin halonun üzərinə yerləşdirilməsi ciddi fərq yaratmır.

F-1.az xatırladır ki, “qırmızılar” Barselonada yenilik edərək güzgüləri halonun üzərinə yerləşdiriblər. Lakin italyan komandası cümə sərbəst yürüşlərində zəif çıxış edib.

Sebastyan Fettel: “Buraya yeniliklərlə gəldik. Bunların bəziləri bolidin gizli yerlərindədir. Bəziləri isə diqqət cəlb edir. Halodakı güzgülər performansımıza təsir etmir. Bu barədə söz-söhbətlər çıxacaq. Məncə, bolidə gözəllik qatıblar. Halo çirkin görünsə də, güzgülərin belə yerləşdirilməsi arxanı daha yaxşı görməyimizə şərait yaradır. Sözün açığı, bolidin görünüşü yox, sürəti vacibdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*