F-1.az xatırladır ki, almaniyalı sürücü cümə sərbəst yürüşlərində güclü görünsə də, sıralanma turunda 17-ci olub. Yarışda erkən pit-stopla önünü açmağa çalışan dördqat Dünya Çempionunun planlarını bu dəfə virtual təhlükəsizlik maşını alt-üst edib. Beləliklə, Fettel Kanadadan xalsız ayrılıb.
Sebastyan Fettel: “Kanada yarışı istədiyim kimi keçmədi. Mənim günüm deyildi. Önümü açmaq üçün erkən pit-stop etdim, amma təhlükəsizlik maşını yarışımı məhv elədi. Finişə yaxın təkərlərim tamamilə öldü və rəqiblərim məni keçdilər. Ləns arxama gələndə daha yeni təkərlərdə idi və komanda mənə dedi ki, ona yer verim. Mən də deyiləni etdim.
Nəticəyə görə məyusam, çünki həftəsonu ərzində tempimiz yaxşı idi. Bəzən işlər istədiyiniz kimi getmir. Bazar günü də belə günlərdən biri idi. Amma Ləns əla yarışıb, bir xal aldı”.