F-1.az xatırladır ki, almaniyalı sürücü Avstriyadakı sıralanma turunda 11-ci olub.
Sebastyan Fettel: “Bunu gözləmirdik. Düşünürdük ki, daha yaxşı yer tutarıq. Ancaq belə görünür ki, rəqiblərimiz sərbəst yürüşlərdə dolu çənlə dövrələr vurublar. Boliddən razı qalmadım və döngələrə girərkən arxası sürüşürdü. Görək sabah nə olur.
Sabah hər şey fərqli olacaq. Bu gün tras isti olduğu üçün problem yaşadıq. Bizi uzun yarış gözləyir. Yarış tempimiz yaxşıdır. Fərqi bağlayıb yaxşı xallar toplayacağıq”.