F-1.az xatırladır ki, Mercedes ardıcıl 4-cü yarışda qələbə dublu edərək 173 xal toplayıblar və hazırda Ferrari-ni 74 xal qabaqlayırlar.
Sebastyan Fettel: “İlk 4 yarışda tempimiz yox idi. Barselonaya favorit kimi yollanmırıq. Amma komandada ruh yüksəkliyi var. Yeniliklər gətirəcəyik və bunun hesabına Mercedes-ə çatmalıyıq. Təmiz həftəsonu keçirmək istəyirik, çünki ilk yarışlarda problemlər çox oldu.
Birinci pitə qədər çox zəif idik və o əsnada təkərləri istədiyim kimi işlədə bilmədim. Çox soyuq idilər və onları zədələdim. Heç işləmədilər. Özümü rahat hiss etmədim. Amma Medium təkərlərlə daha güclü idim və buna təəccübləndim. Daha xoşbəxt idim və özümü yaxşı hiss edirdim. Mercedes-lərə yaxın oldum və onları təzyuiq altında saxladım”.