S.Fettel geridə qalma səbəbini bilmirəm

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, bu qədər geridə qalmağının səbəbini bilmir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Meksika yarışına 17-ci yerdən başlayacaq.

Sebastyan Fettel: “Üçüncü sərbəst yürüşlərdən sonra gözləntimiz aşağı idi. Niyə temp itirdiyimizi bilmirəm. Səhər də vəziyyət pis idi. Sıralanma turunda vəziyyətin düzələcəyinə ümid edirdim, amma elə olmadı. Asfaltla ilişmə və balans problemimiz var idi. Bolid bəzi döngələrdə pis davranır. Bu da işimizi çətinləşdirir.

Ümid edirəm ki, yarışda daha güclü olarıq. Bu trasdakı ən pis start mövqeyindəyəm. Vəziyyət bundan pis ola bilməz. Burada podium gözəl olur, ancaq biz oradan çox uzaqdayıq. Amma hər şey ola bilər. Bəlkə də, ilk döngədə öndəki 15 rəqib qəza edər və iki bolidlə də podiuma çıxarıq. (gülür). Zarafat bir qırağa, yarışda nəsə edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*